AZTV
AZTV

AzTV-nin “Xəbərlər” informasiya studiyasının direktoru vəzifəsinə jurnalist Məqsəd Nur təyin edilib. Məlumata görə, “Xəbərlər” proqramı baş redaktor müavini Vəli Əkbər isə studiya direktorunun müavini vəzifəsinə irəli çəkilib. M.Nur və V.Əkbər uzun müddət “Lider TV”də çalışıblar.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Xatirə Qasım “Media forum” saytına açıqlamasında Məqsəd Nurla bağlı xəbəri təsdiqləyib: “Vəli Əkbərin studiya direktorunun müavini vəzifəsinə irəli çəkilməsi haqda isə məlumatsızam”.

İyulun 17-də “Xəbərlər” informasiya studiyasının direktoru Faiq Hüsiyev vəzifəsindən azad edilib və cəmiyyətin sədr müavini təyin olunub.