Abituriyent Jurnalı-2
Abituriyent Jurnalı-2

IV ixtisas qrupunun abituriyentləri üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı dərc olunub

IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlanan bu vəsaitdə abituriyentlərin ixtisas seçimi ilə bağlı lazımi məlumatlar verilib. Jurnalda həmçinin 2009-2010-cu tədris ili üçün respublikanın ali məktəblərinin IV ixtisas qrupuna təhsil formaları (ödənişsiz və ödənişli əsaslarla), Azərbaycan və rus bölmələri və hər iki bölmənin birgə müsabiqəsi üçün tələbə qəbulu planı; Müsabiqədə iştirak etmək şərtləri; Müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar; Xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün qoyulan tələblər (minimal test imtahanı balı) və digər zəruri məlumatlar və tövsiyələr təqdim edilib.

Müsabiqədə iştirak etmək hüququ qazanmış hər bir abituriyent bilməlidir ki, ixtisas seçimi zamanı öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqə iştirakçılarının topladıqları balların paylanması üzrə sayını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini, həmçinin ötən illərin qəbul imtahanlarında formalaşmış keçid ballarını nəzərə almaq onun seçiminin daha uğurlu olmasına müsbət təsir göstərə bilər.

Qeyd edək ki, analoji vəsait II ixtisas qrupu üzrə qəbul imtahanından 2 gün sonra dərc edilib abituriyentlərin istifadəsinə veriləcək