Qadın Futbolçularımız
Qadın Futbolçularımız
Həmyerlilərimiz bu dəfə Latviya yığma komandasının qapısından 8 cavabsız top keçirib

Futbol üzrə qadınlardan ibarət yığmamız növbəti yoxlama oyununu keçirib. Futbol Federasiyaları Assosiasiyasının internet saytına istinadən xəbərə görə,  həmyerlilərimiz Riqada yerli Latviya komandası ilə qüvvəsini sınayıb.

Zəriflərimiz bu dəfə də rəqibinin qapısından 8 cavabsız top keçirib.

Xatırladaq ki, qızlarımız bir həftə əvvəl Litvanın Şaulyay şəhərində “Gintra Universitetas” tərəfindən təşkil olunan beynəlxalq turnirdə yerli komandanın 19 yaşlılardan ibarət yığma komandasına da eyni aqibəti yaşadıb.

Gəray Qiyasov /ANS PRESS/