Bakı Futbol Klubu
Bakı Futbol Klubu

Az.TV və “İdman Azərbaycan” matçı canlı yayımlayacaq

Bu gün Azərbaycan çempionu “Bakı” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçına çıxacaq. Təmsilçimizin rəqibi Litvanın “Ekranas” klubu olacaq.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Fanat.az-a bildirilib ki, qarşılaşma iki telekanal vasitəsi ilə canlı yayımlanacaq. Belə ki, Az.TV və “İdman Azərbaycan” kanalları azarkeşlərə təqdim edəcək.
Qeyd edək ki, “Bakı” – “Ekranas” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq. Stadiona giriş pulsuz olacaq.