Azercell və Nar Mobile
Azercell və Nar Mobile

Bu barədə «APA-ECONOMICS»ə “Azercell Telekom” MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, şəbəkələr arasında 28 fevral 2007-ci il tarixində imzalanmış arabağlantı (hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün şəbəkələrarası bağlantı) müqaviləsindəki aylıq ödəmə şərtlərinin “Azerfon” MMC tərəfindən mütəmadi olaraq pozulması nəticəsində 2008-ci ilin iyul ayından bu günə kimi “Azerfon” MMC-nin (Nar Mobile) “Azercell Telekom” MMC-yə, ƏDV daxil olmaqla, 11 mln. manata yaxın məbləğdə arabağlantı borcu yaranıb.

Dəfələrlə edilən rəsmi müraciətlərə baxmayaraq, bu borcun ödənilməsi istiqamətində “Azerfon” MMC (Nar Mobile) tərəfindən heç bir addım atılmayıb. Buna görə də şəbəkələr arasındakı mövcud arabağlantı kanalları 22 iyul saat 00:00-dan etibarən kəsiləcək. «Bununla əlaqədar hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqələri yaratmasında ortaya çıxacaq maneələrə görə “Azerfon” MMC (Nar Mobile) məsuliyyət daşıyacaq», – deyə «Azercell»dən bildirilib.