TQDK
TQDK

2009/2010-cu tədris ili üçün ali məktəblərə tələbə qəbulu üçün I, III və IV ixtisas qrupları üzrə keçirilmiş test imtahanının nəticələri

Müsabiqə balları aşağı salınmadı

Ali məktəblərə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

Lent.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytına istinadən yaydığı məlumata görə, IV ixtisas qrupu üzrə tələbə qəbulu müsabiqəsində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Yəni müsabiqə şərtləri aşağı endirilməyib.

Azərbaycan Dövlət Aqrar Universitetinin (keçmiş Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) IV qrupa daxil olan ixtisaslarına fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir.
İxtisas qrupundan asılı olmadan ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.