Şəhidlər Xiyabanı
Şəhidlər Xiyabanı

«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»na dəyişiklik edilib


Azərbaycan Nazirlər Kabineti «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»na dəyişiklik edib.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Dəyişiklik Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib.

Dəyişikliyə əsasən, şəhid statusu Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə şamil olunacaq.