Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Elmar Məmmədyarov: “Azərbaycan “G8”-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatını müsbət qiymətləndirir”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, bu bəyanat “Böyük səkkizliyin” problemin həllində və “status-kvo”nun qalmamasında maraqlı olduğunu göstərir: “Həmsədrlərin səfərindən və Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bəzi ümidlər açılıb. Moskva görüşündə “Madrid prinsipləri”nin bəzi detalları müzakirə olunub. Yəni, əvvəlcə məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır, kommunikasiya bərpa olunur. Avropa İttifaqı kommunikasiyanın bərpası üçün donor-konfrans keçirə bilər. Ondan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında kontaktları intensivləşdirmək lazımdır. Sonda isə status müəyyənləşdiriləcək. Biz istəyirik ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status verilsin”.