Namiq Abdullayev
Namiq Abdullayev

Olimpiya çempionu güləşlə rəsmən vidalaşır

Azərbaycanın sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev karyerasına bu gün rəsmən son qoyacaq. Bu barədə lent.az-a 38 yaşlı pəhləvanımızın özü məlumat verib.
Onun sözlərinə görə, təntənəli vida mərasimi saat 18.00-da Azərbaycan və ABŞ-ın sərbəst güləş yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünə təsadüf edəcək.
Qeyd edək ki, Abdullayev 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, finalda məhz ABŞ təmsilçisi – Samuel Hensonu məğlubiyyətə uğradıb.