Siqaret Çəkmək Qadağandır!
Siqaret Çəkmək Qadağandır!

Qanunu pozan böyük məbləğdə cərimə olunacaq

Türkiyədə siqaret çəkmək rəsmi şəkildə qadağan edildi. Bu qərara bu gündən qüvvəyə minib. Artıq ictimai yerlərdə və qapalı ərazilərdə siqaret çəkmək olmaz.  

Qeyd edək ki, Türkiyədə siqaret çəkilməsinə qadağa 2008-ci ildə qoyulub. Ancaq bu vaxta qədər qanun yalnız dövlət idarələrinə, ticarət mərkəzlərinə, nəqliyyat və taksilərə şamil edilmişdisə, bundan sonra isə qanun demək olar ki, bütün ictimai yerlərə, şəxsi ofislərə, kafe və restoranlara tətbiq ediləcək. Cəzaçəkmə müəssisələri, qocalar evi, ruhi xəstəxanalar bu qadağadan azaddır.    

Qanunu pozan şəxslər 45 dollar, idarələr isə 320-3200 dollar arası cərimə ödəməli olacaqlar.

Qeyd edək ki, Türkiyə siqaret çəkənlərin sayına görə, dünya ölkələri arasında 10-cu yeri tutur. Belə ki, ölkədə hər üç nəfərdən biri, kişilərin isə 50 faizi siqaret çəkir.