Allahu-Əkbər
Allahu-Əkbər

Bu gecə əllər uca yaradana açılaçaq

 

Bu gecə merac gecəsidir. Rəhmət və bərəkətin coşduğu mübarək bir gecə. Həzrəti Peyğəmbərin Məkkədən Məscidül-Əqsaya ordan da göylərə səfər etdiyi sirli bir gecə. Bu gecənin gündüzündə oruc tutulur, qohum əqrabaya və yaxınlara baş çəkilir. Gecəsində isə çoxlu namaz qılınıb dua edilir. Çünki bu gecə edilən duaların digər günlərə və gecələrə nisbətən qəbul edilmə ehtimalı çox yüksəkdir. Insanların gündə 5 dəfə namaz qılması ilə bağlı əmr də məhz bu gecə verilib.