Əliyev, Medvedyev, Sarkisyan
Əliyev, Medvedyev, Sarkisyan

Rusiya prezidentinin köməkçisi: “Görüş zamanı açıq qalan bir sıra məsələlər müzakirə olunub”

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında Moskvada baş tutan görüş konstruktiv keçib. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası prezidentinin köməkçisi Sergey Prixodko bəyan edib.

“Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüş zamanı Dmitri Medvedev Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qarşılıqlı məqbul həll yollarının axtarılmasına gələcəkdə də səy göstərməyə hazır olduğunu bildirib”, – deyə Prixodko əlavə edib.

Azərbaycan və Ermənistan prezidentləri isə Dmitri Medvedevə hər iki tərəfin mövqelərinin yaxınlaşdırılmasında göstərdiyi səylərə görə məmnunluqlarını ifadə ediblər.

“Olduqca kostruktiv keçən görüş zamanı açıq qalan bir sıra məsələlər müzakirə olunub”, – deyə Prixodko vurğulayıb. /ANS PRESS/