Halis Toprak və Nazlıcan Tağızadə
Halis Toprak və Nazlıcan Tağızadə

71 yaşlı iş adamı 17 yaşlı Nazlıcan Tağızadə ilə bu gün nikaha daxil olacaq

Türkiyənin tanınmış iş adamı, bir neçə ildir ki, sinir sistemi xəstəliklərindən müalicə olunan 71 yaşlı Halis Toprak üçüncü dəfə evlənir.

Azərbaycan Xəbərləri“-nin Türkiyənin “Habekrtürk” saytına istinadən yaydığı məlumata görə, Halis Toprak özündən 54 yaş kiçik, 1992-ci il təvəllüdlü Nazlıcan Tağızadə ilə evlilik hazırlıqlarını sona çatdırıb və bu gün Kuşadasındakı villasında nikah masası arxasında oturacaq. Nazlıcanın 18 yaşı tamam olmadığı üçün bu evlilik qızın atasının yazılı razılığı ilə gerçəkləşir.

Qeyd edək ki, Halis Toprak üzərinə həbs qoyulan “Toprakbank” və “Toprak Holding”in sahibidir. O, 8-i qız, 2-i oğlan olmaqla, 10 uşağının anası olan xanımı Ayişədən boşanıb, özündən 39 yaş kiçik Özləm xanımla evlənib. 12 uşağının anası olan Özləm zanımdan da 2008-ci ildə boşanıb. Halis Toprakın Gülcan Sepetdən də rəsmi evlilikdən xaric 21 yaşında Salim adlı bir oğlu var. O, ölümündən sonra miras problemi olmaması üçün bütün övladları, o cümlədən Salim üçün pay ayırıb və bununla bağlı yazılı vəsiyyətnamə yazıb.