Kanalizasiya quyusu
Kanalizasiya quyusu

14 yaşlı oğlunu quyudan çıxarmaq istəyən ata və qonşusu da həlak olub
Bu gün səhər saatlarında Gəncədə bədbəxt hadisə baş verib.

Şəhər sakini, 1995-ci il təvəllüdlü Xəlilov Azəm Mirzə oğlu yaşadığı Qoqol küçəsi 47 saylı yaşayış evinin qarşısındakı fərdi kanalizasiya quyusunu təmizləmək üçün qapağını açarkən, oraya düşüb. Oğlunu 4 metr dərinliyi olan quyudan çıxarmaq istəyən, ata, 1965-ci il təvəllüdlü Xəlilov Mirzə Ədil oğlunun aqibəti də eyni olub.

Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev məlumat verib. Məlumata görə, quyuda boğulan ata və oğulun fəryadına qonşu yetişib. Nəticədə 1964-cü il təvəllüdlü Vəliyev Vəzir Həsrət oğlu da quyuya düşüb. Orada qalaraq, boğulan Gəncə sakinləri xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb. Onlar yolda keçiniblər. Hadisə ilə bağlı Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev başda olmaqla, şəhər Prokurorluğu, Gəncə şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Komissiyasının səlahiyyətliləri də əraziyə baş çəkiblər.

Vüsalə Cənnətova