Vardan Oskanyan
Vardan Oskanyan

Ermənistanın keçmiş xarici işlər naziri bankir oldu

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan özünə yeni iş tapıb. “Tert.am” saytına istinadən məlumata görə, “Bank Anelik”in səhmdarlarının toplantısı zamanı “Sivilitas” fondunun prezidenti Vardan Oskanyan bankın şurasının üzvü seçilib.

“Bank Anelik”in səhmlərinin 51 faizi Livanın “Kredit” bankına məxsusdur. “Anelik” kapitalını 15 milyard drama qədər artıraraq Ermənistanın ən böyük banklarından birinə çevrilməyi planlaşdırır.