Maykl Cekson
Maykl Cekson

Maykl Ceksonun hansı dinə inandığı və öldüyündə hansı inanca mənsub olduğu mübahisəsi davam edir.

 

Pop kralı Maykl Cekson ani bir ölümlə həyata vidalaşdı. Məşhur sənətçinin ölüm səbəbi hələ də bilinmir. Ancaq Ceksonun həyatıyla əlaqədar iddialar ortaya atılmağa davam edir. Maykl Ceksonun dünya səviyyəsindəki 5 milyon tərəfdarı ona ‘Tanrı’ rəftarı edirdi. Pop kralı isə həyatı boyunca hansı ‘Tanrıya inanacağına heç cür qərar verə bilmədi. Həyatının son illərində İslam dininə keçdiyi iddia edildi. Ancaq iddialar bununla da qalmadı. Ceksonun Yehova şahidi olduğu ya da Tom Cruisenin təriqəti Scientology üzvü olduğu irəli sürüldü.

Məşhur pop ulduzunun atası Cozef Cekson, oğulunun karieriylə maraqlanarkən anası Katherine də mənəvi dünyasıyla maraqlanırdı. Ana Katherine oğlu Michael, La Toya və qızı Janeti Yehova şahidi olaraq yetişdirdi. Maykl Ceksonun anası özü də 1966-cı ildə bu inanca keçdi. Ancaq 1987-ci ildə Yehova şahidləri Maykl Ceksonun musiqisni tənqid etməyə başlayınca iki tərəf arasında ayrılıq yaşandı.

1994-cü ildə Elvis Presleyin qızı Lisa Marie Presley ilə evləndiyində, məşhur ulduzun yoldaşının üzvü olduğu Scientology təriqətinə keçdiyi iddia edildi.

Maykl Cekson 2005-ci ildə Kabbalah üzvlərinin simvolu olan bir biləkliklə səhnəyə çıxdı.

Məşhur ulduzun qardaşı Jermaine 2007-ci ildə İslam dinini seçdiyində, Maykl Ceksonun da İslam dininə keçdiyi iddia edilməyə başlandı. 2008-ci ildə Maykl Ceksonun evində bir mərasimlə m olduğu mətbuatda iştirak etdi.

Ceksonun öldüyündə hansı dinə inandığı hələ tam olaraq bilinmir və bu mövzudakı mübahisə davam edir.