Raket sınağı
Raket sınağı

Məqsəd İran və Suriya tərəfindən atıla biləcək ballistik raketlərdən müdafiə olunmaqdır 

Yaxın günlərdə İsrail Amerika Birləşmiş Ştatları ilə birgə Arrow raket sınağını həyata keçirəcək. ANS PRESS-in “Mignews.ru”-a istinadən verdiyi xəbərə görə, bu bərədə məlumatı ABŞ-ın raket əleyhinə müdafiə agentliyinin direktoru general-leytenant Patrik O’Reylli xüsusi brifinq zamanı jurnalistərə bildirib.

General-leytenant O.Reyllinin sözlərinə görə, raket sınağının keçiriləcəyi məkan artıq bəllidir. Bu, Sakit okeanında müəyyən bir kvadrat səhəsidir. Keçiriləcək sınaq İsrailə Arrow zenit-raket kompleksinin 1 millyon km-dən artıq məsafəli ballistik raketi darmadağın etmək qabiliyyətini öyrənməyə imkan verəcək.

Qeyd edək ki, İsrail əvvəlki raket əleyhinə sınaqlarda Şərqi Aralıq dənizinin miqyası ilə məhdudlaşmalı olub. Amerika–İsrail birgə Arrow proqramının hazırlanmasında məqsəd İran və Suriya tərəfindən atıla biləcək ballistik raketlərdən müdafiə olunmaqdır.

Xatırladaq ki, cari ilin aprel ayında İsrail Aralıq dənizi üzərində raket əleyhinə Arrow II-nin uğurlu sınağını həyata keçirib. Hədəf süni yaradılmış İran ballistik raketi “Şehab” olub. /ANS PRESS/