Kurtlar Vadisi Gladio
Kurtlar Vadisi Gladio

Ekranlara məşhur “Kurtlar vadisi” teleserialının yeni filmi “Kurtlar vadisi-Gladio”nun çəkilişinə başlanılıb.


Habertürkə istinadən məlumata görə, baş rolda Musa Uzunların (“İsgəndər Böyük”) oynadığı və çəkilişləri hələ davam edən film ekrana noyabrın 20-də çıxacaq.

Yeni filmdə Türkiyə tarixinin önəmli olayları canlandırılır. İsgəndər Böyüyün həyat hekayəsinin nümayiş etdiriləcəyi filmdə ötən əsrin 90-cı illərindən indiyədək Türkiyənin yaxın tarixinin önəmli olaylarına işıq salacaq.

“Kurtlar Vadisi-Gladio”’nun çəkilişlərinə iyunun 21-də başlanılıb. Avqust ayına qədər aparılacaq çəkilişlər İstanbul və Antalyada aparılacaq.

Yeri gəlmişkən, filmin televiziya yayım hüququ “Star” TV-yə satılıb.