Üz-üzə
Üz-üzə

İngilis alimləri: “Söymək dilin romantik formasıdır”

Söymək, təhqir etmək ağrını azaldır. Beləbir nəticəyə İngiltərənin “Keele” Universitetinin tədqiqatçıları apardıqları araşdırmalardan sonra gəliblər.
Araşdırmaya rəhbərlik edən doktor Riçard Stefens bu nəticələrin bütün dünya dillərində eyni olduğunu açıqlayıb.
Onun sözlərinə görə, söymək dilin romantik formasıdır və insan dilində universal bir yeri var. Stefens bildirib ki, bu araşdırma söyməyin niyə yarandığının və daimi olduğunun səbəblərini göstərməsi baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, araşdırmaların nəticələri “NeuroReport” jurnalında dərc edilib. Sözügedən araşdırmada bəlli olub ki, söyərkən əlləri buzlu suyun içində orta hesabla 40 saniyə saxlamaq lazımdır. Çünki bu zaman insanların daha az ağrı çəkdikləri təyin olunub.