TQDK
TQDK

BALLARINIZI BURADAN HESABLAYIN

Müsabiqə balı 250-dən 200-ə endirilib, kimya, xarici dil və Ana dili fənləri üzrə nisbi bal məhdudiyyətləri aradan qaldırılıb

Bu gün iyulun 12-də keçirilmiş I ixtisas qrupu üzrə ali məktəblərə imtahanın rəsmi nəticələri açıqlanıb. Bu barədə Lent.az.-a məlumat verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib ki, bu qrup üzrə 35 811 abituriyent sənəd verib. Onlardan 33932 nəfəri imtahanda iştirak edib, 29 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub.

Onun sözlərinə görə, ixtisas seçimi mərhələsinə qəbul imtahanında ümumi balı 200-dən, fiziki və riyaziyyat fənləri üzrə ayrılıqda topladıqları nisbi balı isə 10-dan az olmayan abituriyentlər buraxılırlar. Kimya, xarici dil və Ana dili fənlərinə nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Beləliklə, test imtahanının nəticəsinə əsasən, 9 135 abituriyent müsabiqədə iştirak hüququ qazanıb. Onlardan 7830 nəfəri Azərbaycan, 1305 nəfəri isə rus bölməsindədir. I ixtisas qrupu üzrə plan yerlərinin sayı 8 718-dir.

İxtisas seçimi iyul ayının 25-dən avqustun 3-dək internet vasitəsiylə aparılacaq. Qəbul aparılacaq ixtisasların plan yerləri «Abituriyent» jurnalının 4-cü sayında dərc olunub.
Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün əvvəlcə müsabiqə şərtinə görə, abituriyent 250 bal toplamalı idi. İndi bu, 200 bal müəyyənləşdirilib.