İlham Əliyev
İlham Əliyev

Azərbaycan prezidenti Londondan mesaj verdi!

Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək.  Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də, Böyük Britaniaya rəsmi səfəri zamanı belə deyib.
“Röyters” agentliyinin xəbərinə görə, Londonda Çatam Hausda xarici siyasət mütəxəssisləri qarşısında çıxış edən İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağın nə vaxtsa müstəqil dövlət kimi tanınacağını gözləməsi “tamamilə gülüncdür və sadəlövhlükdür”.
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı cümə günü Rusiyada görüşəcəklər. Vasitəçilər ümid edirlər ki, bu danışıqlar 15 illik sülh prosesində yeni səhifə açmağa imkan verəcək.