Mustafa Üstündağ
Mustafa Üstündağ

“Kurtlar vadisi pusu” serialında yaratdığı “Muro” xarakteri ilə məşhurlaşan Mustafa Üstündağın iştirakı ilə yeni film çəkilir.

Lent.az-ın “sabah”a istinadən məlumatına görə, Üstündağın yeni filmi “Abimm” adlanır. Tragikomediya filmi olan “Abimm”də Üstündağ valideyn himayəsi görməyən “Çətin” obrazını canlandıracaq. Yeni rolu üçün saç və saqqalını kəsdirən aktyor “Muro” kimi regional ləhcə ilə danışmır.

Filmin çəkilişi üçün 2 milyon dollar ayrılıb. Çəkilişi 3 həftə ərzində başa çatacaq “Abimm” oktyabrda kino-teatrlarda göstəriləcək.