Nabucco
Nabucco

Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyevin təmsil edəcək

Bu gün Ankarada Xəzər enerji qaynaqlarını Avropaya daşıyacaq təbii qaz kəməri “Nabucco” sazişi imzalanacaq. Türkiyə, Avstriya və Macarıstanın hökumət rəhbərləri, eləcə də Bolqarıstan və Rumuniyanın enerji nazirlərinin iştirak edəcəyi toplantıda Almaniya iştirak etməyəcək və tranzit ölkə olmadığı üçün razılaşmanı imzalamayacaq.
İmzalama mərasimində Avropa Komissiyasının rəhbəri Xose Manuel Barroso ilə birlikdə 30-dan çox ölkənin nümayəndələrinin də iştirakı gözlənilir. Gürcüstan prezidenti Mixail Saakaşvili, İraqın baş naziri Nuru əl-Maliki də mərasim üçün Ankarada olacaq. Rusiyanın yüksək dərəcəli bürokratlarının da mərasimdə iştirak etməsi nəzərdə tutulur. (SİA)
Toplantıda Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyevin təmsil edəcəyi bildirilir.
7.9 milyard avroya başa gələcək “Nabucco” təbii qaz kəməri vasitəsilə 31 milyard kub metr təbii qaz Avropaya nasosla vurulacaq. 3300 km uzunluğundakı xəttin 2000 km-lik hissəsi Türkiyədə yerləşəcək. 2010-cu ildə başlayacaq inşaat işləri 2014-cü ildə tamamlanacaq. Qeyd edək ki, əvvəlcə 25 iyunda imzalanması nəzərdə tutulan layihənin imzalanma müddəti bu günədək uzadılıb.