Ze Karlos
Ze Karlos

Braziliyanın “Kruzeyro” və “Atletiko Mineyro” komandaları arasında keçirilən futbol üzrə ölkə çempionatı matçında qeyri-adi hadisə baş verib.

“Reuters”ə istinadən məlumata görə, “Kruzeyro”nun futbolçusu Ze Karlos oyunun 15-ci saniyəsində qırmızı vərəqə alıb.

Hakim hücumçunu rəqib komandanın oyunçusu Renanın sifətinə dirsək zərbəsi endirdiyi üçün meydançadan qovub. Ze Karlos bu qayda pozuntusunu təsadüfən etdiyini və meydançadan qovulmağa layiq olmadığını açıqlayıb. Onun sözlərinə görə, sürüşərək yerə yıxıldıqdan sonra top uğrunda mübarizə zamanı təsadüfən Renanı vurub: “Mən hətta üzr istədim, amma bu da yetərli olmadı”.

Qeyd edək ki, oyun “Atletiko Mineyro”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.