Ronaldo
Ronaldo

Məşhur futbolçu Ronaldonun əyləndiyi travesti həyat qadını AIDS-dən öldü. Braziliyalı futbolçunu ölüm qorxusu bürüdü.

Bir zamanlar dünyanın ən yaxşı futbolçusu olan, üç dəfə FIFA tərəfindən ilin futbolçusu seçilən Ronaldonu AIDS qorxusu bürüdü. Keçən il üç travestiylə səhərə qədər əyləndiyi ortaya çıxınca dünya səviyyəsində bir skandala səbəb olan Braziliyalı futbolçunun gecəni birlikdə keçirdiyi travestilərdən biri AIDS-dən həyatını itirdi. “Andreia” adıyla bilinən 22 yaşındakı Andre Albertini, Sao Pauloda müalicə gördüyü xəstəxanadan keçən çərşənbə günü öldü.

Travestinin cənazəsi əvvəlki gün torpağa verildiyini çatdıran Braziliya mətbuatı, Ronaldonun xəstəliyə tutulmuş olma ehtimalı üzündən qorxulu günlər yaşadığını yazdı. Andreia, keçən ilin aprel ayında gecəni Ronaldo ilə keçirən üç travestiden biriydi.

Ronaldo söz verdiyi pulu verməyincə həyat qadınları polisə getmiş və skandal beləcə ortaya çıxmışdı. Skandalın yaşandığı dövrdə AC Milan komandasının ulduz futbolçularından olan Ronaldo, travestilərlə basılmasından sonra Avropadakı karierasını nöqtələmiş və Braziliyanın Corinthians komandasına transfer olmuşdu.