Heydər Əliyev
Heydər Əliyev

Ukraynada mərhum prezident haqqında sənədli film çəkilir

Ukraynada Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə bağlı sənədli filmin çəkilişinə başlanılıb. “Filmdə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Bürosunun üzvü işlədiyi dövrdə Ukrayna xalqına göstərdiyi köməkliklər əksini tapacaq” – Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti şöbəsinin İdarə Heyətinin üzvü, azərbaycanlı iş adamı Elxan Sarıyev Trend-ə bildirib.
1986-cı ilin avqustun 31-də “Admiral Naximov” adına sərnişin gəmisinin Qara dənizdə batması nəticəsində 423 nəfər ölüb. Xilas edilən insanların sayı 836 nəfər olub. Sarıyevin sözlərinə görə, filmin əsas süjet xətti Heydər Əliyevin gəminin sərnişinlərinin xilas edilməsi üçün yaradılan Dövlət Komissiyasının sədri kimi göstərdiyi xidmətlərdir. O bildirib ki, sənədli filmin çəkilişi üçün
Rusiyanın ORT kanalının arxivindən istifadə edilib.

“Gəminin batması və ora göstərilən köməkliklərlə bağlı filmin daha mükəmməl ərsəyə gətirilməsi üçün ORT-yə müraciət edilib və arxivdən lazımi olan inforsiyalar götürülüb” – Sarıyev əlavə edib.
Film çəkilişlərindən əlavə Odessa şəhərində Heydər Əliyevin “Admiral Naximov” gəmisinin sərnişinlərinə göstərdiyi xidmətlərinə dair xüsusi muzeyin yaradılması da nəzərdə tutulub.