Hadisə
Hadisə

“Eurovision həyəcanı Bakıda” konserti uğursuz keçdi

 

“Eurovision-2009″-un uğurlu iştirakçılarından olan türkiyəli Hadisə Açıqgöz 3 dəfə təxirə düşən səfərindən sonra iyulun 10-da Bakıda konsert verdi. Konsert öncəsi Bakı səfərinin həyatında xüsusi yeri olacağını vurğulayan müğənni bunu Azərbaycana bağlılığı ilə izah edib.
Müğənni “Düm tək-tək” mahnısının müəllifi Sinan Akçillə birlikdə olması xəbərini təkzib edib: “Evliliyə çox isti baxan biriyəm. Ancaq bu barədə hələ düşünmürəm. Çünki 23 yaşındayam və bu rəqəm mənim üçün tezdir. Əvvəlcə karyeram, işim, sonra şəxsi həyat öz axarına düşəcək”.
Müğənni qabaqcadan böyük performans sərgiləyəcəyini vəd etsə də tamaşaçı azlığı səbəbindən, ya nədənsə konsertində həvəssiz çıxış edib. Saat yarım tamaşaçılarını gözlədən müğənni səhnədə fonoqram və “minisovka”larla oxuyub və 4 nəfərlik rəqs heyətinin müşayiəti ilə rəqs edib. lent.az-ın keçirdiyi sorğu nəticəsində məlum olub ki, zalda seyrək görünən tamaşaçıların əksəriyyəti biletlə yox, dəvətnamə ilə gəlib.
Hadisə “Düm tək-tək” mahnısı da daxil 10-dək mahnı ifa edib. “Eurovision” geyimi ilə səhnəyə çıxan Aysel Teymurzadə isə yalnız “Always” mahnısını Araşsız oxuyub.
Antraktdan sonra bir neçə gün əvvəl dünyasını dəyişən Maykl Cekson rəqqasların rəqsi ilə yad edilib. Sonra səhnəyə gələn Hadisə bir neçə mahnı oxumaqla kifayətlənib. Beləcə, “Eurovision həyəcanı Bakıda” adlı konsert uğursuzluqla keçib.