Vertolyot Qəzası
Vertolyot Qəzası

Neft Daşlarında baş verən hadisə zamanı ölənlər oldüğü bildirilir

Xəzər dənizində “Mi-8” vertolyotu qəzaya uğrayıb. Lent.az-ın məlumatına görə, hadisə nəticəsində ölənlər var.

Əldə etdiyimiz məlumata görə, qəza bu gün saat 16:30 radilərində baş verib. İlkin informasiyaya görə, qəza zamanı vertolyotda 13 nəfər olub. Amma Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Lent.az-a verdiyi aşıqlamada vertolyotda 6 nəfərin olduğunu bildirib.

Vertolyot dənizçiləri Neft Daşlarına növbə dəyişməyə aparırmış. Ekipaj estakadaya enən zaman vertolyot oradakı krana dəyib. Hələlik qəza nəticəsində neçə nəfərin öldüyünü dəqiqləşdirmək mümkün olmayıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Olayın təfərrüatlarını diqqətdə saxlamağa çalışacağıq.