BMW X1
BMW X1

BMW, uzun müddətdir ictimaiyyətdən gizlətməyə çalışdığı yeni modeli X1-in şəkillərini dərc etdi. İl sonuna doğru bazara çıxması gözlənilən BMW X1, dörd ayrı mühərrik versiyası ilə bazardakı yerini alacaq. BMW X1, X5 və X3dən sonra X ardıcıllığının üçüncü modeli olacaq.

BMW X1 versiyasının şəkilləri

Böyük qardaşı X3dən 110 mm qısa, 600 m dar və 140 mm daha alçaq olan maşının ölçüləri aktual 3 seriyasına daha yaxındır. 4454 mm uzunluğa sahp maşının genişliyi də 1798 mm-dir.

Avropa bazarına dörd ayrı mühərrik versiyası ilə girəcək olan X1də mühərrik yelpiyinin ən güclü üzvü 285 at gücü olan 3.0 litrlik benzinli mühərrikdir. 2.0 litrlik dizel mühərrikdə isə üç fərqli at gücü olan versiya var: 204 at, 177 at, 143 at.

143 atlıq versiyanın 100 kmdə 5.2 litr yanacaq tükətməsi hədəflənir.

X3ə görə 10 faiz daha ucuz olacaq X1-in Almaniyadakı qiyməti 27 min 200 avrodan başlayacaq. Maşının il sonuna doğru bazara çıxması gözlənilir.