Çin Mallarına Boykot
Çin Mallarına Boykot

Ölkələr arasında ticarət dövriyyəsi 970 milyon dollara çatıb

Çinin Uyğurustan muxtar vilayətində ötən bazar günündən başlayan qarşıdurmalar zamanı azı 184 nəfərin ölümündən sonra bir sıra türk dövlətlərində Çin mallarının boykot edilməsinə çağırışlar səslənir. Belə çağırışların daha aktiv olduğu Türkiyədə Çin mallarının yandırılması aksiyaları da keçirilir. Artıq analoji çağırışlar Azərbaycanda da səslənir.Bundan başqa, Türkiyə İstehlakçıları Birliyi bütün türk dövlətlərin Uyğurustanda baş verənlərə Çin mallarını boykot etməklə etiraz bildirməyə çağırıb. Odur ki, Azərbaycan-Çin əlaqələrinə nəzər salmaq zərurəti yaranıb. Əvvəla, onu qeyd etmək lazımdır ki, Azərbaycanla Çin Xalq Respublikası arasında hərtərəfli əməkdaşlıq inkişaf etməkdədir.İki ölkə arasındakı ticarət dövriyyəsi 15 milyondan 970 milyon dollara çatıb. Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sonuncu dəfəbu bəyanatı bu ölkənin Azərbaycandakı səfiri Çjan Yannyan, bu ilin aprelində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə verib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan səfir bildirib ki, Çin Xalq Respublikası münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir.

Ama buna baxmayaraq Azərbaycanda xüsusilədə gənc nəsil başda olmaqla bir qisim insan Çin mallarını boykot etməyə çağırıb.