İlham Əliyev
İlham Əliyev

İsrail-Suriya vasitəçilik rolunu Türkiyə Azərbaycanamı verməli oldu?
İsrail ilə Suriya arasında edilən bilvasitə görüşmələrdə vasitəçilik rolunu Türkiyə yerinə Azərbaycanın boynuna götürməyə başladığı ortaya çıxdı.

İsrail ilə Suriya arasında Türkiyə vasitəçiliyi ilə edilən görüşmələr yanvar ayında İsrailin Qəzzəyə etdiyi hücumlar səbəbiylə kəsilmişdi. Türkiyə bir müddətdir bu görüşmələrin yenidən başlaması üçün məşğul olsada, İsrailli səlahiyyətlilər Qəzzə hücumları əsnasında əlaqələrin gərildiyi Ankaranın artıq vasitəçi ola bilməyəcəyini söyləyirdi. İsrail mətbuatında iştirak edən iddialara görə, vasitəçilik rolunu Türkiyə yerinə Azərbaycan boynuna götürməyə başladı. Bu müddətin ilk ayağı 28 İyunda İsrail Prezidenti Şimon Peresin Bakıya etdiyi səfər oldu.
ABŞ daxil oldu
İlk dəfə bir İsrail Prezidentinin Bakıya səfəri, İranın etirazına səbəb olmuş, Tehran, Bakıdakı səfirini geri çağırmışdı. Bu ziyarətlə İsrailin İranı blokadaya almaq istədiyi şərhləri edilərkən, Suriya Dövlət Başçısı Bəşər Əsadın çərşənbə günü Bakıya etdiyi sürpriz ziyarət əsl məqsədin başqa olduğunu ortaya çıxardı. Azərbaycan Dövlət Başçısı İlham Əliyevin bu ziyarətdə Peresin mesajlarını Əsada çatdırdığı və aldığı cavabı İsrailli səlahiyyətlilərə çatdırdığı ifadə edildi. İsrail kəşfiyyatına yaxınlığıyla bilinən Debkanın xəbərinə görə, İsrail ilə Suriya arasındakı yeni görüşmə müddətinə ABŞ, Səudiyyə Ərəbistanı, Misir və Livan da daxil olur. Gizli icra edilən görüşmələrə İsrail tərəfindən Peresin yanında Baş nazir Binyamin Netanyahu və Müdafiə Naziri Ehud Barak qatılır. Əliyev və Əsad xaricində ABŞ Başçısı Barak Obamanın Orta şərq xüsusi nümayəndəsi Corc Mitchell ilə Misir Kəşfiyyat Naziri Ömər Süleyman da bu mesajlaşma trafikində iştirak edir. Son olaraq çərşənbə axşamı günü Qahirəyə gedən Peresin Bakı təmasları əsnasında Əsada çatdırılmasını istədiyi mesajlar haqqında Misir lideri Hüsnü Mübarəyə məlumat verdiyi ifadə edildi.
Habertürk