Urumçi türkləri
Urumçi türkləri

Qarşıdurma nəticəsində ölən 184 nəfərdən yalnız 46-sı uyğur türkü olduğu bildirilir

 

 Çin, Sincan Uyğur Muxtar Vilayətində baş verən hadisələri şərh edib. CNN Türk-ün məlumatına görə, rəsmi Pekin daha əvvəl etnik qarşıdurma nəticəsində 156 nəfərin öldüyünü bildirsə də, sonradan bu rəqəmin 184-ə çatdığını bildirib. Pekin rəhbərliyi, ölənlərin milliyyətini də açıqlayıb. Ancaq rəqəmlər mübahisə yaradıb.

Çin rəsmi agentliyi, ölənlərdən 137-nin xan etnik qrupundan, yalnız 46-nın isə uyğur türkü olduğunu bildirib. Bir nəfərin isə, fərqli bir etnik qrupdan oduğu qeyd olunub.

Dünya Uyğur Konqresinin rəhbərinin köməkçisi Seyid Tümtürk isə deyib ki, bu rəqəmlər gerçəyi əks etdirmir. “Çin özünə güvənirsə, bölgəni beynəlxalq müşahidəçilərin üzünə açsın”, – deyə o vurğulayıb.

Dünya Uyğur Konqresinin lideri Rəbiyyə Qadir isə Sincanda ölənlərin sayının böyük ehtimalla minlərlə olduğunu söyləyib. O,  yalnız Sincanın paytaxtı Urumçidə deyil, digər şəhərlərdə də insanların öldürüldüyünü bildirib. O, Çin hökumətiylə dialoq üçün görüşmək istədiklərini də əlavə edib.