Toyoto Lexus
Toyoto Lexus

“Lexus” lüks brendinin sahibi olan “Toyota” isə hələlik susur

Gerçəkdən də, Çindəki avtomobil istehsalçılarının oğurluqlarının həddi yoxdur. Onlar indiyədək başqa şirkətlərin istehsalı olan modellərin tam “surətini çıxararaq” maşın istehsal etdiklərinə görə dəfələrlə böyük qalmaqallara səbəb olublar.
“Asia Times” bildirir ki, ötən il BMW X5-in analoqunu istehsal edən və həyasızlıqla bu maşınları Avropa Birliyinin bazarında satmaq istəyən çinlilərin qarşısı alınmış, həmin modelin AB-yə idxalı qəti qadağan olunmuşdu.
Fəqət bu dəfə çinlilər özlərini belə, geridə qoyublar.
Yeni qalmaqal aprelin 20-də, Şanxayda keçiriləcək bynəlxalq avtosalonda gözlənilir.
Çinin BYD avtomobil korporasiyası Yaponiyanın “Toyota Motor” konserninin istehsalı olan “Lexus RX350” modelinin eynisi olan “BYD S6″nı nümayiş etdirməyə hazırlaşır.
İşin ən maraqlı cəhəti çinlilərin yeni maşınının yapon krossoverinin tam təkrarı olması yox, BYD-nin bu modelin dizaynına Avropada patent almasıdır.
“Lexus RX350” modelinin ön və arxa faraları, habelə radiator qəfəsini azacıq dəyişdirən BYD iddia edir ki, yeni məhsulu “tam fərqli, orijinal dizaynlı model”dir.
“Lexus” lüks brendinin sahibi olan “Toyota” isə hələlik susur.