İçərişəhər Metrosu
İçərişəhər Metrosu

Stansiyada eskalatorların əvəzlənməsi işləri sentyabrın 10-na kimi davam edəcək

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bu barədə metronun giriş hissəsində elan vurulub. Elanda stansiyanın fəaliyyətinin dayandırılması rekonstruksiya işlərinin aparılması ilə izah edilir.

Qeyd edək ki, iyulun 15-dən etibarən stansiyada eskalatorların əvəzlənməsi işlərinə başlanacaq. Eskalatorların əvəzlənməsi işləri sentyabr ayının 10-dək tam başa çatdırılacaq. Yeni eskalatorlar Fransanın “Systra” şirkətinin istehsalıdır.