Sarkozi, Medvedyev, Berluskoni
Sarkozi, Medvedyev, Berluskoni

Obama isə şorgözlükdə Sarkozidən geri qalmadığını göstərdi

 İtaliyanın Akvila şəhərində keçirilən “Böyük səkkiz”lərin (G8) sammiti həm də bir çox siyasətdənkənar məsələlərlə yadda qalacaq.
Qaynar.info-nun beynəlxalq mətbuata istinadən verdiyi xəbərə görə,
İtaliyanın ev sahibliyi etdiyi “Böyük səkkizlər”in zirvə görüşündə ölkə başçılarının hər addımını böyük diqqətlə izləyən jurmnalistlər və fotoreportyorlar bir çox ilginc olayları kameraların yaddaşına köçürməyə nail olublar.
Liderlərin birgə şəkil çəkməyə hazırlaşdıqları məqamda, bir yaraşıqlı xanım liderlərin adları yazılmış yerdəki kağızları düzəltməyə çalışarkən, gözlər ona yönəlir… Kameralar isə bu anı dərhal qeydə alır.