ABŞ Senatı
ABŞ Senatı

Ermənistana ayrılan yardım isə 18 milyon dollar azaldıldı


ABŞ Senatı Dağlıq Qarabağın separatçı rejiminə 10 milyon dollar ayırmaqdan imtina edib. Lent.az-ın məlumatına görə, Amerika Erməni Milli Assambleyası bu qərarın ABŞ Senatının maliyyə təxsisatları komissiyasının 2010-cu il üçün xarici dövlətlərin büdcə maliyyələşdirilməsi layihəsinin müzakirəsi zamanı qəbul edildiyini açıqlayıb.

Layihə 29 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul edilib. Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresi erməni lobbisinin təzyiqi ilə separatçı rejimə 10 milyon dollar ayrılması barədə qərar qəbul etmişdi.

Bundan əlavə, Senat Ermənistana ayrılması tələb olunan 75 milyon dolları 30 milyona qədər azaldıb. Qeyd edək ki, bu, ötən il ayrılan məbləğdən 18 milyon dollar azdır.