Uyğur Türkləri
Uyğur Türkləri

Kommunist Partiyası qiyamçılara ölüm cəzası tələb edəcək


Çin hökuməti Urumçi şəhərində qiyamda iştirak edənləri sərt cəza gözlədiyini bəyan edib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Kommunist Partiyasının yerli şöbəsi “qəddar üsullara” əl ataraq insanları öldürənlər üçün edam cəzası tələb etməyə hazırlaşır.

Xatırladaq ki, rəsmi orqanlar müsəlman uyğurların han millətindən (etnik çinlilər) olan şəxslərlə toqquşması nəticəsində 158 nəfərin öldürüldüyünü bildirirlər. Qeyri-rəsmi informasiyaya görə, ölənlərin sayı 840 nəfəri keçib. Onların böyük əksəriyyəti uyğurlardır.