telebeXüsusi təyinatlı ali məktəblərinin III ixtisas qrupuna daxil olan ixtisasları üzrə sənəd vermiş abituriyentlərin nəticələri məlum oldu

2009/2010-cu tədris ili üçün Polis Akademiyası və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. Artıq müsabiqənin nəticələri də bəllidir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, Polis Akademiyasına keçid balı 407, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına isə 423 bal olub. Müsabiqə nəticəsində həmin ali məktəblərdə təhsil alacaq tələbələrin siyahısı müvafiq olaraq Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinə göndərilib.

TQDK-da deyirlər ki, hər iki ali məktəbə sənəd vermiş və müsabiqədən keçmiş abituriyentlər müvafiq olaraq Daxili İşlər Nazirliyinin Polis Akademiyasına və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.