Google
Google

Google-nin məlumatına əsasən şirkət özünün yeni əməliyyat sisteminin işlənib hazırlanmasını bir sıra iri personal kompüter və noutbuk istehsalçıları ilə birgə həyata keçirir, o cümlədən Hewlett-Packard və Acer şirkətləri ilə.Bu istiqamətdə Google bir neçə regional istehsalçılarla məsləhətləşmələr aparır. Bunların arasında Çinin Lenovo və Tayvanın Asustek şirkətlərini qeyd etmək olar.

Bununla belə, Cybersecurity-nin  məlumatına görə, Dell şirkətinin bu məsələdən kənarda olması nəzərə çarpır. Xatırladaq ki, Dell dəfələrlə kiçik güclü personal kompüter və netbuk bazarında öz ambisiyaları ilə çıxış edirdi. Chrome əməliyyat sisteminin yaradılması həmçinin mobil aparat həlləri istehsalçılarının dəstəyi ilə həyata keçirilir. Bu siyahıda Qualcomm, Texas Instruments və Freescale Semiconductor şirkətlərinə rast gəlmək olar. Bu məsləyə Intel-in qatılmamasını isə şirkətin özünün Moblin adlı kiçik həcmli sistemi üzərində işləməsi ilə əlaqələndirmək olar.