Fərid Şahbazlı
Fərid Şahbazlı

“Ölkəmizdə uşaq televiziyasının yaradılmasına ehtiyac var. Uşaq televiziyasının yaradılması ölkə uşaqlarının inkişafında, şəxsiyyət kimi formalaşmasında böyük rol oynayacaq”. Bu sözləri “Gənc Liderlər” Uşaq Təşkilatının (GLUT) sədri Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, bu televiziyada uşaqları tərbiyələndirən, onların intellektual səviyyəsini artıran və vətənpərvərlik ruhunu aşılayan verilişlərin yayılması vacibdir.

“Avqust ayında keçiriləcək Uşaqların I Forumunda bu məsələni gündəmə gətirəcəyik. Bununla yanaşı forumda uşaq parlamentlərinin yaradılması məsələsi də müzakirə olunacaq. Hər iki məsələnin həllinə dair ekspertlərlə müzakirələr aparılacaq. Azərbaycanda bu iki məsələ tezliklə həll olunmalıdır. Ən azından “Uşaq ili”ndə bu məsələlərin həlli üçün xüsusi baza yaradılmalı, növbəti ildə isə uşaq televiziyasının yaradılması ideyası reallaşdırılmalıdır”, – deyə GLUT sədri vurğulayıb. // SİA