obama“Alyaskanı bizə çox sərfəli qiymətə satmısınız…”

Moskvada Rusiya biznesmenləri qarşısında çıxış edən ABŞ prezidenti Barak Obama onlarla, yumşaq desək, zarafatlaşıb.
“Reuters” agentliyinə istinadən xəbərə görə, Obama XIX əsrin ikinci yarısında Rusiya Çarının Alyaskanı ABş-a satmasına toxunaraq deyib: “Yeri gəlmişkən, sizin bizimlə Alyaska ilə bağılı əla sövdələşməniz olub. Buna görə sizə təşəkkür edirəm”.
Qeyd edək ki, Rusiya çarı İmperator II Aleksandr 1867-ci ildə Alyaskanı lazımsız hesab edərək, cəmi 7,2 milyon dollar müqabilində ABŞ-a satıb. Daha sonra isə burada böyük qızıl yataqlarını aşkar edilib.