shahinŞahin məşhur ulduzlarla səhnəni paylaşıb, mahnı oxudu!

Pop musiqisinin kralı Maykl Ceksonun iyulun 7-də Los-Ancelesdə keçirilən vida mərasiminə əfsanəvi müğənninin ailə dostları sırasında 12 yaşlı azərbaycanlı Şahin Cəfəroğlu da (Cəfərqulu) qatılıb. Bu barədə “Azərbaycan Xəbərləri“-nin “mediaforum” saytına istinadən xəbər verir.
Stivi Uander, Cennifer Hadson, Meray Kerri kimi tanınmış ulduzlarla yanaşı Şahin Cəfəroğlu da Maykl Ceksonun mahnısını səsləndirib. O, Ceksonun məşhur “Who’s Lovin’ You (“Səni kim sevir”) mahnısını ifa edib.

“Media forum” saytının məlumatına görə, Şahin Tuma Cəfəroğlu 1997-ci il yanvarın 27-də Böyük Britaniyada, Uels bölgəsinə aid Svansea şəhərində anadan olub. İran azərbaycanlısı olan atası ilə anası Şahin kiçik yaşlarında olarkən boşanıblar. Hazırda Şahin anası ilə birlikdə Uelsdə yaşayır. 12 yaşlı Şahin Svanseada ictimai məktəbin 7-ci sinifində oxuyur, eyni zamanda həftəsonları səhnə dərsləri alır. Aktyor və müğənnidir. Bir sıra filmlərə və seriallara çəkilib. BBC-nin altı ay davam edən “Ulduz zərbəsi” sənədli film seriyasının qəhrəmanı olub. “Həyat” adlanan trillerdə isə Maykl Ceksonun cavanlığını oynayıb.

Cekson heyranı olan Cəfəroğlu Britaniyada bu ilin mayında məşhurlaşıb. “Britaniyanın istedadları” adlanan televiziya yarışmasına qatılan Cəfəroğlu Maykl Ceksonun “Who’s Lovin’ You” mahnısı ilə bütün zalı ayağa qaldırıb. O, Ceksonun dəfn mərasimində də bu mahnı ilə bütün diqqətləri üzərinə çəkib.

Mərasimdə elan olunub ki, pop musiqisinin kralı Londona planlaşdırdığı konsertdə Şahinlə duet oxumağı düşünürmüş.