Avtovaqzal-teze1.gpgÖtürücü yarımstansiyanın içinə düşən heyvan yanaraq, külə dönüb

Pişik Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalındakı elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Avtovağzalın xidmətindən istifadə edən sərnişinlər bildiriblər ki, hadisə iyulunun 6-da baş verib. Belə ki, ev heyvanının avtovağzala məxsus ötürücü yarımstansiyanın içərisinə düşməsi nəticəsində qısaqapanma yaranıb və işıqlar kəsilib.

Hadisə yerinə elektriklər və mühəndislər gəlib. 1 saat keçməmiş avtovağzala elektrik enerjisinin verilməsi bərpa edilib. Hadisə nəticəsində pişik yanaraq, külə dönüb.

Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov hadisə ilə bağlı Lent.az-ın sualını cavablandıracağını deyib. Lakin sonradan telefon zənglərinə cavab verməyib.