ambulansHəkim-cərrahın avtomobilinə qumbara atılıb

Gəncə şəhərində cərrah-həkimin avtomobilinə qumbara atılıb.
Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, bu gün səhər saatlarında Abbas Səhhət adına 1 saylı Xəstəxananın cərrah-həkimi Ədnan İsmayılovun idarə etdiyi “Mersedes” markalı avtomobilə atılan qumbaranın partlaması nəticəsində həkim ağır bədən xəsarəti alıb.
İsmayılov ağır vəziyyətdə həmin xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs, Rusiya vətəndaşı, 37 yaşlı Abbasov Fikrət Musa oğlu saxlanılıb.
Verilən məlumata görə, hadisəyə səbəb İsmayılovun Abbasovun anasını əməliyyat edərkən xəstənin ölməsi olub. Buna görə də, Abbasov həkimi öldürməyə cəhd edib.
Hadisə həkim səhər işə gedən zamanı baş verib.