Qandal-Qolda-KostOnun maşınının yük hissəsindən 7 kiloqram həşiş tapılıb

Rusiyanın Kurqan vilayətinin məhkəməsi Tümen vilayətinin kənd sovetinin deputatına 8 il həbs cəzası kəsib. “Moskovskiy Komsomolets” qəzetinin məlumatına görə, o, 7 kiloqram həşiş satmağa çalışdığına görə tutulub.

Rusiyanın narkotiklərin dövriyyəsinə nəzarət Federal xidmətinin məlumatına görə, Azərbaycanda doğulan, hazırda Tümen vilayətinin Aromaşevsk rayonunun kənd şurasının deputatı olan 42 yaşlı şəxs 2008-ci il oktyabrın 15-də Kurqan dəmir yolu vağzalında 7 kiloqram həşiş əldə edib. O, həşişi maşınının yük hissəsinə qoyub. Amma deputatın alveri baş tutmayıb. Yolun kənarındakı kafelərdən birində narkopolis onu həbs edib.