naked“Bu, çox maraqlıdır. Biz bir-birimizi çılpaq gördükdən sonra bütün səddlər aradan qalxdı”

İngiltərədə dizayn və marketinqlə məşğul olan “One Best Way” şirkəti dünya iqtisadi böhranı ilə əlaqədar olaraq əməkdaşlarını 6 dəfə ixtisar edib. Növbəti ixtisarların qarşısını almaq və işdə canlanma yaratmaq üçün rəhbərlik psixoloq dəvət edib. Psixoloq Devid Teylor bütün əməkdaşlara soyunmağı və həmin vəziyyətdə də işləməyi məsləhət görüb. Bu barədə “Daily Mail” məlumat yayıb.
Əvvəlcə bu, şirkətin əməkdaşlarını təəccübləndirib və onlar utandıqlarından soyunmaq istəməyiblər. Sonunda onlar psixoloqla razılaşmalı olublar və çılpaq vəziyyətdə işləməyin daha rahat olduğuna əmin olublar. Beləliklə, hər cümə günü şirkətin bütün əməkdaşları çılpaq işləyirlər.
“Bu, çox maraqlıdır. Biz bir-birimizi çılpaq gördükdən sonra bütün səddlər aradan qalxdı”,- 23 yaşlı menecer Sem Cekson deyib. Maraqlıdır ki, şirkətdəki bu iş prinsipi lentə alınıb və iyulun 9-da “Virgin1” kanalında göstəriləcək.