qizil-tabutPop kralının məzarının üstünə beton toküləcək

Dünya pop musiqisinin kralı Maykl Cekson 23 min dollarlıq tabutda dəfn ediləcək. “Azərbaycan Xəbərləri“nin məlumatına görə, bu barədə onun ölüm xəbərini ilk olaraq yayan TMZ saytı xəbər yayıb. Əfsanəvi popçu cənazə törənindən sonra 23 min dollar dəyərində 14 əyarlı qızıl qapaqlı tabutda Los-Ancelesdəki “Forest Lawn Memorial Park”da dəfn ediləcək.

İçərisi mavi məxmərlə örtülmüş “Prometey” markalı tabut, ünlü musiqiçi Ceyms Braunun tabutuna bənzəyir. Maykl Ceksonun nəşinin oğurlanmaması üçün məzarının üstünə beton töküləcək.