chervoniyHəkimlər onun həyatını xilas edə bilməyiblər

Ukrayna Ali Radasının deputatı Vasil Çervoniy iyunun 4-də ildırım vurmasından ölüb. “Azərbaycan Xəbərləri“-nin UNİAN-a istinadən məlumatına görə, hadisə Kostopolsk rayonunun Derajnoe kəndi yaxınlığında baş verib. Ölüm siyasətçi balıq tutarkən haqlayıb. Çervoniy çox ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, deputatı həyata qaytarmaq mümkün olmayıb. Ukrayna FHN-in məlumatında isə deputatın xəstəxanaya aparılarkən yolda keçindiyi bildirilir.
Vasil Çervoniy ilk dəfə 1990-cı ildə deputat seçilib. Həmin vaxtdan bəri isə daha 3 dəfə majoritar dairələrdən, həmçinin partiya və blok siyahılarından deputat olub. 2002-ci və 2004-cü illərdə isə Çervoniy Viktor Yuşşenkonun blokunun vilayət üzrə seçki qərargahının rəhbəri olub.