sevişmek7 yaşlı qız valideynlərinin sevişdiyini görərək sarsılıb

İstanbulun Maltəpə bölgəsində qəribə hadisə baş verib. “Azərbaycan Xəbərləri“-nin Türkiyə mediasına istinadən məlumatına görə, ibtidai sinif şagirdi 7 yaşlı Ç.K bir neçə dəfə gecə yarısı yuxudan oyanarkən yataq otağının açıq qapısından valideynlərini sevişirkən görüb. Kiçik qız gördüyü səhnələri özünə aid edərək, məktəbdə dostlarına danışıb. Bu söhbət məktəb rəhbərinin qulağına çatıb. Ç.K-nı dinləyən direktor “Kiçik qız atası tərəfindən cinsi istismara uğrayır” düşünərək, bir raport hazırlayıb. Raporta əsasən dərhal hərəkətə keçən Üsküdar Polisi Uşaq şöbəsinin əməkdaşları ata A.K.-nı həbs edib. Azyaşlı qız Tibbi ekspertizaya göndərilərək, müayinə edilib. Müayinə heç bir nəticə verməyib. Bundan sonra qız 2 psixiatrın iştirakı ilə ifadə verib. Atası isə 20 saat həbsdə saxlandıqdan sonra prokurorluqda ifadəsi alınaraq, sərbəst buraxılıb.

İstintaqın davam etdirilməsi qərara alınıb, prokuror isə ataya evdə daha diqqətli davranması barədə xəbərdarlıq edib. Hadisədən sonra ailəsi Ç.K.-nı başqa məktəbə köçürüb. Hazırda qız psixoloji yardım alır.

Ata A.K. isə qızının məktəb rəhbəri tərəfindən öyrədildiyini iddia edərək, prokurorluğa şikayət verib.