telenorMahnı müsabiqəsinin keçiriləcəyi səhnə bəlli oldu

“Eurovision-2010” mahnı müsabiqəsi gələn ilin mayında Norveçin paytaxtı Oslodakı “Fornebu Arena”da keçiriləcək. Bu səhnə daha çox “Telenor Arena” kimi tanınır.

Azərbaycan Xəbərləri“-nin-ın Norveçin “NRK” televiziyasına istinadən məlumatına görə, müsabiqənin iki yarımfinalı mayın 25-də və 27-də, final isə mayın 29-da baş tutacaq.

“Telenor Arena”da mətbuat konfranslarının keçirilməsi üçün zal, müsabiqəni işıqlandıracaq media mənsubları üçün iş otağı təşkil olunacaq.

Şimali Avropada ən böyük səhnə olan “Telenor Arena” da futbol yarışları və konsertlər də keçirilir.